Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:18

«Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna dəyişikliklər hazırlanıb


«Hər bir şəhərdə və rayonda kütləvi aksiyalara şərait yaradılmalıdır»

«Hər bir şəhərdə və rayonda kütləvi aksiyalara şərait yaradılmalıdır»

Azərbaycan Hüquqşünaslar Assosiasiyası «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna dəyişikliklər layihəsi hazırlayıb. Assosiasiyada hesab edirlər ki, mövcud qanun kifayət qədər mürtəcedir və Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə cavab vermir.


Assosiasiyanın prezidenti Ənnağı Hacıbəyli bildirir ki, Bakı Şəhər İcra Hakimiyyəti qanunvericilikdəki boşluqlardan istifadə edərək, bəzi aksiyaları məqsədəmüvafiq hesab etmir, onlara icazə vermir.


Hacıbəyli deyir ki, onların təklifinə görə, yalnız iki halda aksiyaya icazə verilməyə bilər: birincisi, əgər aksiyalarda müharibəyə, terrora və iğtişaşa çağırışlar olarsa, ikincisi isə, aksiyanın təşkilatçılarının fəaliyyət qabiliyyəti olmazsa. Onun sözlərinə görə, qalan hallarda vətəndaşların sərbəst toplaşmaq azadlığına icazə verilməməsi yolverilməzdir.


Ənnağı Hacıbəyli bildirir ki, layihəyə görə, Azərbaycanın hər bir şəhərində və paytaxtın rayonlarında kütləvi aksiyalara şərait yaradılmalıdır. Assosiasiya dəyişikliklər layihəsini Milli Məclisə təqdim etmək niyyətindədir.


Ötən ilin payızından hökumət və Avropa Şurası Venesiya Komissiyasının birgə işçi qrupu «Sərbəst toplaşmaq azadlığı haqqında» yeni qanun layihəsi hazırlayırlar. Layihənin yaxın vaxtlarda parlamentə təqdim ediləcəyi gözlənir.


Günün bütün mövzuları

XS
SM
MD
LG