Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:01

«Mətbuatın durumu ilə bağlı BMT-dən hesabat gözləyirik»


Bruno Pueza, Bakı, 11 iyun 2007

Bruno Pueza, Bakı, 11 iyun 2007

«Azərbaycanda mətbuatın durumu ilə bağlı ötən ay Bakıda olmuş BMT baş katibinin xüsusi nümayəndəsinin hesabatını gözləyirik. Ölkədə söz azadlığı sahəsindəki vəziyyətlə bağlı bizim mövqeyimizi həmin sənəd əks etdirəcək».


BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Bruno Pueza «Azadlıq» radiosunun «Azərbaycanda mətbuatın vəziyyətini necə qiymətləndirirsiniz» sualını cavablandırarkən belə deyib.


Cənab Pueza həmçinin sığınacaq almaq istəyən jurnalistlərin BMT-dən yardım istəməsinə də aydınlıq gətirib. O, bu işlə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məşğul olduğunu və jurnalistlərin də ora yönəldildiyini deyib.


Bu günlərdə siyasi sığınacaq almaq istəyən «Gündəlik Azərbaycan», «Realnıy Azerbaydjan», «Azadlıq» və başqa qəzetlərin 20-dən artıq əməkdaşı BMT-nin Azərbaycandakı nümayəndəliyinə müraciət etmiş, Azərbaycanda səfirliyi olmayan ölkələrin onlara sığınacaq verməsində yardım etmələrini istəmişdilər. Jurnalistlər hələlik qurumun onların müraciətlərinə cavab vermədiyini bildirirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG