Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:04

Vyanada Avropada Adi Silahlar haqqında Müqavilə iştirakçılarının fövqəladə konfransı açılır


Konfrans Rusiyanın təşəbbüsü ilə çağırılıb.


May ayında Moskva müqaviləyə moratorium qoyub, NATO-ya üzv ölkələrin hamısının sazişin düzəlişlər olunan variantını imzalamasını tələb edib.


Şimali Atlantika İttifaqı isə Rusiyanın Gürcüstan və Moldovadan qoşunlarını çıxarmayınca, sazişə düzəlişləri təsdiqləməkdən imtina edir.


İlk dəfə 1990-cı ildə imzalanan Avropada Adi Silahlar haqqında Müqaviləyə 1999-cu ildə düzəlişlər edilib. Amma yeni variantı yalnız Rusiya, Belarus, Qazaxıstan və Ukrayna imzalayıb.


XS
SM
MD
LG