Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:07

Türkmənistan Azərbaycandakı səfirliyinin fəaliyyətini bərpa edəcək


Türkmənistan Bakıdakı səfirliyini altı il qabaq bağlayıb

Türkmənistan Bakıdakı səfirliyini altı il qabaq bağlayıb

Türkmənistan Azərbaycandakı səfirliyinin fəaliyyətini bərpa edəcək. «Assosiated press» Agentliyinin Türkmənistanın rəsmi media qurumlarına istinadən yaydığı məlumatda deyilir ki, bu barədə Sankt-Peterburqda MDB dövlət başçılarının sammiti çərçivəsindəki görüşdə iki ölkənin prezidentləri- Qurbanqulu Berdıməhəmmədov və İlham Əliyev razılıq əldə edib.


Türkmənistan və Azərbaycan prezidentləri Qurbanqulu Berdıməhəmmədov və İlham Əliyev keçən həftənin sonu Sankt-Peterburqda MDB dövlət başçılarının sammiti çərçivəsində görüşüblər.


Türkmənistan Bakıdakı səfirliyini altı il qabaq bağlayıb. Həmin vaxt Aşqabadın «Sərdar», Bakının isə «Kəpəz» adlandırdığı neft yatağı üstündə mübahisə yaranmışıdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG