Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:27

Uzunömürlülüyün açarı…


Yüz yaşlılardan əlavə Şovgenovski rayonunda 104 nəfər 90 yaşlı, 564 nəfər 80 yaşından yuxarı sakin var

Yüz yaşlılardan əlavə Şovgenovski rayonunda 104 nəfər 90 yaşlı, 564 nəfər 80 yaşından yuxarı sakin var

Təmiz dağ havası, qidaların təbiiliyi, az gərginlik - məhz bu cur həyat tərzi uzunömürlülüyün əsas göstəriciləridir. Şçagidet İvanova Rusiyanın Adıgey Respublikasının Şovgenovski rayonunun ən yaşlı veteranlarındandır. Təxminən 17 mindən çox əhalisi olan bu rayon yaşı yüzü keçmiş 9 sakini ilə öyünür. Bu göstərici dünyada yüksək həyat səviyyəsinə görə fərqlənən Yaponiyadakı yüz yaşlılardan ən azı iki dəfə çoxdur. Çar III Aleksandrın hakimiyyəti dövründə dünyaya gələn İvanova mayın 10-da 113 yaşını qeyd edib. Rusiya inqilabının, Stalinizmin, birinci və ikinci dünya müharibələrinin və Sovet İttifaqının dağılmasının şahidi olmuş qadın, «Azadlıq» radiosunun Şimali Qafqaz Xidmətinə müsahibə verərkən, nədənsə ancaq öz ailəsindən danışmaq istəyib:


«Gördüyünüz kimi, ailəm mənim qayğımı çəkir. Hər şey qaydasındadır. Gəlinim mənə qulluq edir və buna görə çox xoşbəxtəm. Mənim oğlumun adı Askarbii, qızımın adı isə Saretdir. Qızımın bir, oğlum isə iki övladı var: Lyuda və Rusik. Mən özümü yaxşı hiss edirəm və hər kəsə də can sağlığı arzulayıram».


Şovgenovski rayonunun icra başçısı Dovlet Dolev deyir ki, onlar rayonun ən yaşlı sakinlərinə xüsusi münasibət göstərirlər: «Bizim rayon balacadır, lakin uzunömürlülərin sayı burada çoxdur. Hazırda bizim yaşı yüzü ötmüş 9 sakinimiz var. Bildiyiniz kimi, 1999-cu il Beynəlxalq Ahıllar ili idi. Həmin il, biz rayonumuzdakı ahıl insanların yaşlarını sənədləşdirməyə başladıq».


Yerli məmurlar rayonun hər bir uzunömürlü sakinin ad günlərində onlara baş çəkdiklərini, yerli hakimiyyət orqanlarının yaşlıları sosial-tibbi xidmətlərlə təchiz etdiyini deyirlər:


«Yüz yaşı olanların hamısı qadınlar-yəni nənələrdir. Onlardan ən cavanının bu il 100 yaşı tamam oldu. Ən qocasının isə 113 yaşı var».


Dolev deyir ki, yaşı yüzü keçmişlərdən əlavə, rayonda 104 nəfər 90 yaşlı, 564 nəfər 80 yaşından yuxarı olan sakinlər var.


Cənubi Qafqazda uzunömürlülüyü müşahidəçilər gərginliyi az olan həyat tərzi, ahıllarına qayğı göstərən böyük ailələr, təmiz dağ havası və suyu, təbii yeməklərin istifadəsi ilə əlaqələndirirlər.


Yerli Sosial Xidmətlər İdarəsinin rəhbəri Mareta Napsova isə bunları deyir: «Belə bir fikir var ki, Şovgenovski rayonu uzunömürlü insanlar yaşadığı məkandır. Həmin insanların çox yaşamasına təsir göstərən amillər arasına-sosial, psixoloji və ailə mühitini də əlavə etmək olar».


Günün bütün mövzuları

XS
SM
MD
LG