Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:28

Niyə 26 yox, 8 nəfər?..


«İstiqlal Bəyannaməsi» Abidəsinin açılışı bu il mayın 26-da olub
«İstiqlal Bəyannaməsi» Abidəsinin açılışı bu il mayın 26-da olub

Azərbaycan Xalq Cümhuriyyəti Varisləri Təşkilatı «İstiqlal Bəyannaməsi» Abidəsinin müəlliflərini məhkəməyə verməyə hazırlaşır. Təşkilat sədri Akif Cəfərzadə bunu abidə üzərində sənədi imzalayan 26 nəfərdən sadəcə, 8-nin adının yazılması ilə izah edir.


Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov isə Akif Cəfərzadənin səhvə yol verdiyi qənaətindədir. Onun sözlərinə görə, arxiv sənədlərində İstiqlal Bəyannaməsini imzalayanların sayı 26 yox, 8 nəfərdir. «O, nə haqla məhkəməyə müraciət edir? Adlar arxiv sənədlərindən götürülüb, gedib maraqlansın».


Cümhuriyyət dövrünün tədqiqatçıları isə bunun əksini iddia edirlər, həmin sənədi 26 nəfərin imzaladığını bildirirlər. Tarixi ədalət baxımından bütün adların abidə üzərində həkk olunmasını düşünürlər. Tədqiqatçılardan biri professor Şirməmməd Hüseynov isə həm də ona diqqət çəkir ki, sənədi imzalayanlar arasında Milli Şuranın sədri, Müsavat Partiyası lideri Məmməd Əmin Rəsulzadənin imzası olmasa da, mətni məhz o hazırlayıb: «Həmin dövrdə o Batumidə danışıqlarda idi. Amma sənəd onun başçılıq etdiyi Milli Şuranın adından qəbul edilib. Sənəddə kimin adının olması vacib deyil, sənəd necə qəbul olunub, budur məsələ».


«İstiqlal Bəyannaməsi» Abidəsinin açılışı bu il mayın 26-da olub. O, Bakıda Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binası ilə İqtisad Universitetinin arasındakı 6-cı dalanda yerləşir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG