Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:56

«Ermənistan «Praqa prosesi»ndən çıxıb»


«Həmsədrlər heç kimin xətrinə dəymək istəmirlər»

«Həmsədrlər heç kimin xətrinə dəymək istəmirlər»

«Ermənistan «Praqa prosesi»ndən çıxıb və əsas diqqəti Qarabağın statusuna yönəldib». Bunun «Azadlıq» radiosunun «Xəbər-ətər» verilişinin qonağı olan «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Onun fikrincə, Azərbaycan isə bu variantı istəmir, ona görə də nəinki Sankt-Peterburq görüşündən, ümumiyyətlə, bundan sonrakı danışıqlardan müsbət nə isə gözləmək əbəsdir: «Həmsədrlər heç kimin xətrinə dəymək istəmirlər, Yerevanda ermənilərə, Bakıda azərbaycanlılara xoş gedən bəyanatlar verirlər, bu da yanlış yoldur və indiki vəziyyətin uzanmasına gətirib çıxarır».


Elxan Şahinoğlu Corc Buşun «Kosovaya müstəqillik verməyin vaxtı çatıb» bəyanatından da danışıb. «Rusiya BMT-nin planına qarşı olsa da, indi Moskva o qədər güclü deyil ki, Vaşinqtona meydan oxusun. Təcrübə də göstərir ki, Rusiyanın belə bəyanatları müvəqqəti səciyyə daşıyır».


Vladimir Putin deyib ki, Kosovanın müstəqil olacağı təqdirdə, gərək beynəlxalq ictimaiyyət keçmiş sovet ölkələrindəki tanınmamış qurumların da- Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgənin də müstəqilliyini tanısın.


Günün bütün mövzuları

XS
SM
MD
LG