Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:37

MDB başçıları ildə bir məsələni müzakirə edəcəklər


Prezidentlərin müzakirə edəcəkləri birinci məsələ miqrasiya ilə bağlı problemlər olacaq
Prezidentlərin müzakirə edəcəkləri birinci məsələ miqrasiya ilə bağlı problemlər olacaq

İyunun 10-da Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başa çatıb.


Görüşün başlıca nəticəsi ondan ibarətdir ki, dövlət başçılarının hamısı MDB-də islahatlar aparılmasının zəruriliyi fikri ilə razılaşıblar. Bunu «Reqnum» agentliyinə Rusiya prezidentinin mətbuat xidmətindən bildiriblər.


Həmin islahatları Qazaxıstan prezidenti, MDB-nin hazırkı sədri Nursultan Nazarbayev təklif edib.


Bundan başqa, prezidentlər qərara alıblar ki, ildə birdən çox məsələni müzakirə etməsinlər və hamını razı salan qərara gəlsinlər.


Nazarbayev deyib ki, prezidentlərin müzakirə edəcəkləri birinci məsələ miqrasiya ilə bağlı problemlər olacaq. Növbəti mövzu isə MDB məkanında nəqliyyat və kommunikasiyaların inkişafı olacaq.



MDB-nin növbəti sammiti oktyabrın 5-6-da Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək. Orada MDB-nin yeni inkişaf konsepsiyasının təsdiq olunması planlaşdırılır.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG