Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:35

Güclü leysan yağışları Gədəbəy və Daşkəsən rayonlarına ciddi ziyan vurub


İyunun 9-da axşam yağan leysan yağışlar Gədəbəy və Daşkəsən rayonlarına xeyli ziyan vurub. Daha çox ziyan Gədəbəy rayonun Şınıx kəndinə dəydiyi bildirilir.


Kənd sakinlərinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, kəndin bütün yollarını sel suları tamamilə sıradan çıxarıb. Bir neçə dağ kəndinin rayon mərkəzi ilə əlaqəsi isə ümumiyyətlə kəsilib. Əkin sahələrinə, əsasən də kartofçuluğa ciddi ziyan dəyib. Bir sıra həyətlərdə kartof sahələrini sel suları tamamilə yuyub aparıb.


Sakinlərin dediyinə görə, rəsmi qurumlar kəndlərinin üzləşdiyi problemlərin aradan qaldırılmasıyla bağlı hələ ki hər hansı tədbir görmür.


Gədəbəy rayon İcra Hakimiyyətindən verilən məlumatda isə bildirilir ki, hazırda yağışın vurduğu ziyan aradan qaldırılmaqdadır.


«Azərtac»ın məlumatında isə deyilir ki, leysan Daşkəsən rayonunun bəzi kəndlərinə ciddi ziyan vurub. Agentliyin məlumatına görə, yaranmış vəziyyəti aradan qaldırmaq üçün rayon icra hakimiyyətində operativ qərargah yaradılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG