Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:05

Corc Buş: Kosovo müstəqil olmalıdır


Corc Buşun Avropaya səfəri Albaniya ilə davam edir

Corc Buşun Avropaya səfəri Albaniya ilə davam edir

ABŞ prezidenti Corc Buş Albaniyanın paytaxtı Tiranada keçirdiyi mətbuat konfransında deyib ki, Kosovonun statusuna dair «sonsuz dialoqu» dayandırmağın vaxtıdır: «Müstəqilliyin vaxtı çatıb». Bu barədə «France Presse» agentliyi məlumat yayıb.

Corc Buş BMT Təhlükəsizlik Şurasının Kosovoya dair qətnaməsinin qəbulu üçün son müddət müəyyənləşdirməyi təklif edib.



Almaniyanın Hayliqendamm şəhərində keçirilən «Böyük Səkkizliyin» sammitində Fransa prezidenti Nikola Sarkozi təklif etmişdi ki, bu məsələnin həlli yarım il təxirə salınsın.



BMT-nin xüsusi nümayəndəsi Martti Ahtisaarinin planına əsaslanan qətnamə layihəsi faktiki olaraq Kosovonun müstəqilliyinin tanınmasını nəzərdə tutur. Sənəd mayın sonlarında Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılıb.


Serbiya Ahtisaarinin planını rədd edib, Rusiya isə bəyan edib ki, serb rəhbərliyinin mövqeyi nəzərə alınmadan Kosovonun statusuna dair qərar verməyi mümkün saymır.


Prezident Buş öz növbəsində, ABŞ-ın Ahtisaarinin planını dəstəklədiyini təsdiq edib.


Rusiya prezidenti Vladimir Putin dəfələrlə deyib ki, Kosovonun müstəqilliyi tanınacağı təqdirdə, beynəlxalq ictimaiyyət keçmiş SSRİ ərazisindəki tanınmamış qurumların, o cümlədən, Cənubi Osetiya və Abxaziyanın da müstəqilliyini tanımalı olacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG