Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:48

Jurnalistlərin icazəli yürüş-mitinqi təxirə salınıb


Mətbuata təzyiqlərə son qoyulması tələbi ilə jurnalistlərin iyunun 12-nə təyin olunan yürüş-mitinqi təxirə salınıb. Belə bir qərar Redaktorlar Birliyinin iyunun 10-da keçirdiyi toplantıda qəbul edilib.


Bu haqda «Azadlıq» radiosuna Mitinq Komitəsinin üzvlərindən biri Şahbaz Xuduoğlu məlumat verib.


Redaktorlar Birliyinin üzvləri iyunun 9-da Bakı meriyasının təklif etdiyi marşruta - metronun «Həzi Aslanov» stansiyası - «Ukrayna» Meydanı ərazisinə baxış keçiriblər. Şahbaz Xuduoğlu deyir ki, hazırda «Ukrayna» Meydanında yeni kanalizasiya xətləri çəkildiyindən, ərazi tamamilə qazılıb. Bu baxımdan da adıçəkilən ərazidə aksiya keçirmək qeyri-mümkündür.


Redaktorlar Birliyi növbəti aksiyanı iyunun 23-də keçirməyi qərara alıb. Bundan başqa, redaktorlar mitinqə qədər paytaxt Bakının müxtəlif yerlərində mətbuata təzyiqlərə son qoyulması tələbi ilə piketlər keçirməyi planlaşdırırlar.


Jurnalistlər 12 iyun yürüşünü 8 km.-dəki «Dekar» Meydanından başlayıb, Heydər Əliyev adına Neft Emalı Zavodunun qarşısındakı meydanda bitirməyi düşünürdülər. Amma Bakı şəhər İcra Hakimiyyəti buna icazə verməyib.


Buna baxmayaraq, Redaktorlar Birliyi növbəti yürüşü-mitinqi adı çəkilən marşrut üzrə keçirməkdə israrlıdır.


XS
SM
MD
LG