Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:16

«ABŞ Raket Əleyhinə Müdafiə planlarından imtina etməyəcək»


«Biz təhlükəsizlik məsələsinin həlli baxımından nəyi yaxşı hesab ediriksə, onu edəcəyik»

«Biz təhlükəsizlik məsələsinin həlli baxımından nəyi yaxşı hesab ediriksə, onu edəcəyik»

Qəbələ Radiolokasiya Stansiyasından müştərək istifadəyə dair Rusiyanın təklifi ABŞ-ın Şərqi Avropada Raket Əleyhinə Müdafiə sistemləri yerləşdirmək planlarına təsir etməyəcək.


Bunu «Associated Press» agentliyinə ABŞ-ın Dövlət katibi Kondoliza Rays deyib.


Rays Rusiya prezidentinin təklifini «sürpriz» adlandırıb. Deyib ki, bu təklif diqqətəlayiqdir. Amma:


«Biz Çexiya və Polşa ilə danışıqları davam etdiririk və etdirəcəyik. Biz təhlükəsizlik məsələsinin həlli baxımından nəyi yaxşı hesab ediriksə, onu edəcəyik» - deyə Rays əlavə edib.



Polşa prezidenti Lex Kaçinski isə istəyir ki, iyunun 18-də məsələni azərbaycanlı həmkarı İlham Əliyevlə danışsın.


Bu haqda da «Associated Press» xəbər verir. Kaçinski bunu Varşavada Amerika prezidenti Corc Buşla danışıqlardan sonra deyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG