Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:54

«Sərhədsiz reportyorlar» Apellyasiya Məhkəməsinin qərarından narazıdır


«Sərhədsiz reportyorlar» beynəlxalq hüquq müdafiə təşkilatı Apellyasiya Məhkəməsinin «Realnı Azərbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev haqda hökmü qüvvədə saxlamasından narahatlıq ifadə edib. Təşkilatın press-relizində deyilir: «Apellyasiya Məhkəməsi əvvəl çıxarılmış qeyri-adekvat cəzanı qüvvədə saxlayıb. Eyni zamanda, Fətullayevə qarşı yeni, aydın olmayan terrorla əlaqə ittihamı irəli sürülüb. Onun qəzetləri qanunsuz bağlanıb».


«Turan»ın məlumatına görə, «Sərhədsiz reportyorlar» E.Fətullayevin hakimiyyətə onun təhlükəsizliyinə zəmanət verməsi və normal həbsdə saxlanma şəraitini təmin etməsi çağırışı ilə müraciətini dəstəklədiyini bildirir: «Redaktor bildirib ki, mayın 29-da MTN təcridxanasına köçürülərkən Bayıl həbsxanasının keşikçiləri onu silahla hədələyiblər. Artıq yeni yerdə onu qida və sudan məhrum ediblər və dəmir çarpayıda döşəksiz yatmağa məcbur edirlər. Onun Milli Təhlükəsizlik nazirinə müraciətləri cavabsız qalır».


«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev bu ilin aprelində böhtan atmaqda təqsirləndirilərək iki il altı aylığa həbs olunub. Jurnalistə qarşı həmçinin Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə (terrorla hədələmə) ittiham irəli sürülüb.


Günün bütün mövzuları

XS
SM
MD
LG