Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:21

«Amnesty International» İran Azərbaycanında həbs edilmiş fəallarla bağlı 3 bəyanat verib


«Amnesty International» təşkilatı İran Azərbaycanında həbs edilərək təzyiqlərə məruz qalan milli fəalların vəziyyəti ilə bağlı 3 bəyanat verib. Həmin bəyanatlarda milli fəalların qanunsuz şəkildə həbs edilərək müxtəlif təzyiqlərə məruz qalması pislənilir. «Amnesty International»ın milli fəalların hazırkı ağır durumundan narahatlıq keçirdiyi bildirilir. Bəyanatlarda həmçinin həbs, işgəncə və digər təzyiqlərə məruz qalan milli fəalların dərhal azadlığa buraxılması tələb edilir.


Bəyanatlardan biri milli fəallar İsmayıl Cavadi, Əbülfəzl Əlilu, Ramin Sadiqi, Qəhrəman Qəhrəmanpur, Adil Allahverdipur, Cəlil Qənilu, Səfərəli Xoeyni və Cəfər Həq Nəzərinin ağır vəziyyəti ilə bağlı verilib. İkinci bəyanat milli fəal Səid Mətinpur, üçüncü bəyanat isə milli fəal Mehdi Məhəmmədpur barədədir.



XS
SM
MD
LG