Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:19

Nazir Bəhreyndə «Leyli və Məcnun»un oynanılmasını istəyib


Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operası Bəhreyndə oynanıla bilər. Bu xahişlə Bəhreynin xarici işlər naziri Xələf əl-Xalid Azərbaycanın xarici işlər nazirinə müraciət edib. Nazirlərin iyunun 8-də Bakıda keçirilən görüşündə razılığa gəlinib ki, hər iki ölkədə növbəylə mədəniyyət günləri keçirilsin.


Nazirlər həmçinin iqtisadi sahədə, o cümlədən investisiya və turizm əlaqələrinin genişləndirilməsi, birgə İş Adamları Şurasının yaradılması yönündə fikir mübadiləsi aparıbılar. Elmar Məmmədyarovun sözlərinə görə, bu məqsədlə yaxınlarda bir neçə saziş də imzalanmalıdır.


Nazirlər İran məsələsini də müzakirə ediblər. Xələf əl-Xalidin qənaətincə, bu problem müharibə yolu ilə həll edilməməlidir. «Müharibə bütün regiona mənfi təsir göstərə bilər. Biz bu münaqişənin sülh yolu, heç bir dövlətin daxili işlərinə müdaxilə etmədən həllini istəyirik».


XS
SM
MD
LG