Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:06

Mətbuatın müdafiəsi üçün imzatoplama kampaniyası başlandı


Mətbuata basqılarla bağlı vətəndaş cəmiyyəti təmsilçiləri dəyirmi masa keçirib
Mətbuata basqılarla bağlı vətəndaş cəmiyyəti təmsilçiləri dəyirmi masa keçirib

«Ölkədə azad mətbuata hakimiyyətin basqılarının qarşısını almaq üçün iyunun 12-nə kimi imzatoplama kampaniyası keçirib, imzalanmış təkliflər paketini Avropa Şurasına göndərmək fikrindəyik». Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bunu iyunun 8-də KİV-in vəziyyətilə bağlı keçirilən dəyirmi masada söyləyib. Hüquq müdafiəçisi son vaxtlar azad mətbuata qarşı hakimiyyətin basqılarının təhlükəli xarakter aldığını bildirib.


«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, göstərdiyi təzyiqlərlə hakimiyyəti jurnalistləri zor müstəvisinə çəkmək istəyir. Mehman Əliyev hakimiyyətin ölkədə informasiya məkanının 99%-nin, nəşr edilən qəzetlərin 70%-nin iqtidarın əlində və nəzarətində olduğunu deyib.


«Gündəlik Azərbaycan» qəzetinin redaktoru Üzeyir Cəfərov isə jurnalistlərin xarici ölkələrdən sığınacaq istəməsi müddəasının da təkliflər paketinə daxil olması təklifini irəli sürüb.


Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bütün ictimai-siyasi qüvvələri mətbuat azadlığı məsələsində hamını həmrəy olmağa çağırıb. AXCP sədri imzatoplama kampaniyasında siyasi partiyaların da fəallıq göstərəcəyini deyib. Onun fikrincə, hakimiyyətə yetərincə vaxt verilib, indisə əsas vəzifə mövcud durumu AŞPA-nın yay sessiyasında müzakirə etməyə nail olmaqdır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG