Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:37

Rafiq Əliyev ifadə verməkdən imtina edib


Fərhad Əliyev isə bütün media nümayəndələrinin məhkəməyə gəlməsinə icazə verilməsini xahiş edib

Fərhad Əliyev isə bütün media nümayəndələrinin məhkəməyə gəlməsinə icazə verilməsini xahiş edib

«Azpetrol» şirkətlər qrupunun sabiq prezidenti Rafiq Əliyev məhkəmədə ifadə verməkdən imtina edib. Əliyev ittihamın mahiyyətinin ona bəlli olmadığını, eyni zamanda, işlə tanış olmağa da imkan verilmədiyini deyib.


Rafiq Əliyev işlə tanış olmaq üçün əlavə vaxt istəsə də, hakim Tofiq Paşayev bildirib ki, təqsirləndirilənə işlə tanış olmaq üçün kifayət qədər vaxt verilib.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev isə bütün media nümayəndələrinin məhkəməyə gəlməsinə icazə verilməsini və jurnalistlərdən onun ifadələrini təhrif etməməyi xahiş edib.


O, ittiham aktının oxunması ilə də bağlı məsələyə münasibətini bildirərək deyib ki, ittihamın cəmi 22 cildini oxuyub. 360 cilddən 338-i ilə isə tanış olmağa imkanı olmayıb. Sabiq nazir ittiham aktı ilə tanış olmaq üçün hakimdən vaxt istəyib.


Məhkəmə digər təqsirləndirilənlərin ifadə verməsi ilə davam edib.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyev vəzifə səlahiyyətlərini aşmaqda və korrupsiyada ittiham olunur.


Günün bütün mövzuları

XS
SM
MD
LG