Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:53

Siyasi sığınacaq istəyən jurnalistlər ölkə rəsmilərilə görüşmək istəyirlər


Xarici ölkələrdən siyasi sığınacaq istəyən jurnalistlər iyunun 8-də Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevə, Baş prokuror Zakir Qaralova, Daxili İşlər naziri Ramil Usubova və Prezidentin İcra Aparatının İctimai-Siyasi Şöbəsinin rəhbəri Əli Həsənova müraciət ediblər. Bu barədə «Medai forum» saytına «Gündəlik Azərbaycan» qəzetinin redaktoru Üzeyir Cəfərov məlumat verib.


Ü.Cəfərovun sözlərinə görə, onlar sözügedən şəxslərlə görüşmək istəyirlər. Məhz bu dörd şəxsə müraciət olunmasını redaktor həmin rəsmilərin bir müddət əvvəl verdikləri açıqlamalarla izah edib. Bir müddət əvvəl sözügedən rəsmilər jurnalistlərin siyasi sığnacaq istəmələrinin əsassız olduğunu bildiriblər. Onlar Azərbaycanda mətbuat azadlığı üçün lazımi şəraitin yaradıldığını deyiblər.


«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetləri fəaliyyətlərini dayandırdıqdan sonra bir qrup jurnalist ölkədən getmək, xarici ölkələrin birindən siyasi sığınacaq istəmək qərarına gəlib. Sonradan onlara ölkənin başqa qəzetlərinin əməkdaşları da qoşulub. Hazırda onların sayı 24-dür: 19 nəfər «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan», 3 nəfər «Azadlıq», 1 nəfər «Yüksəliş naminə» və 1 nəfər isə «Bakı-Xəbər» qəzetindən.


Günün bütün mövzuları

XS
SM
MD
LG