Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:02

Beynəlxalq təşkilat Eynulla Fətullayevi azad etməyə çağırır


BJMK-nin icraçı direktoru Coel Saymon bildirir ki, tənqidçi jurnalist dərhal azadlığa buraxmalıdır

BJMK-nin icraçı direktoru Coel Saymon bildirir ki, tənqidçi jurnalist dərhal azadlığa buraxmalıdır

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (BJMK) Azərbaycan hakimiyyətini «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevi azad etməyə çağırır: «Böhtan və təhqirə görə, həbs edilmiş Fətullayev deyir ki, Bayıldan Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına köçürüləndən sonra qeyri-insani şəraitdə saxlanıb».



Eynulla Fətullayev məhkəməsində deyib ki, onu doqquz gün ac-susuz saxlayıblar. BJMK-nin icraçı direktoru Coel Saymon bildirir ki, tənqidçi jurnalist dərhal azadlığa buraxmalıdır.



«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev bu ilin aprelində böhtan atmaqda təqsirləndirilərək iki il altı aylığa həbs olunub. Jurnalistə qarşı həmçinin Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə (terrorla hədələmə) ittiham irəli sürülüb.


Günün bütün mövzuları

XS
SM
MD
LG