Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:59

«Windows» proqramının Azərbaycan versiyasının təqdimatı olacaq


Təqdimat mərasimi iyunun 8-də keçiriləcək

Təqdimat mərasimi iyunun 8-də keçiriləcək

İyunun 8-də «Microsoft Windows XP» proqramının Azərbaycan dilində versiyasının təqdimatı olacaq. «Microsoft» proqramın hazırlanmasına 2006-cı ildə Azərbaycandakı tərəfdaşı AZEL şirkəti ilə birgə başlayıb.


Ölkədə səfərdə olan «Microsoft» şirkətinin baş vitse-prezidenti Kreyq Mandi bildirib ki, Azərbaycanda «Əqli mülkiyyət haqqında» qanunun qəbul olunması vacibdir. Cənab Mandi bəyan edib ki, bu istiqamətdə yardım göstərməyə hazırdır. Onun fikrincə, qanunun qəbulundan sonra Azərbaycanda saxta proqram təminatının qarşısını almaq mümkün olacaq və müəlliflik hüququ təmin ediləcək.


«Microsoft» şirkətinin baş vitse-prezidenti Kreyq Mandini prezident İlham Əliyev də qəbul edib.


Görüşün sonunda «Microsoft» rəsmisi şirkətin Azərbaycan üzrə birinci məhsulu olan «Windows XP» proqramının Azərbaycan versiyasının ilk diskini dövlət başçısına təqdim edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG