Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:59

«Böyük Səkkizliyin» sammitində rəsmi görüşlərin ilk günüdür


Almaniyanın Hayliqendamm şəhərində keçirilən «Böyük Səkkizliyin» sammitində rəsmi danışıqların ilk günüdür.


Müzakirələrin əsas mövzusu qlobal istiləşmə ilə mübarizə, Kosovonun gələcək statusu və İranın nüvə proqramıdır.


Forum zamanı bir sıra ikitərəfli danışıqlar keçiriləcək. Mərkəzi danışıqlardan biri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Corc Buşun görüşüdür. Onlar Avropada ABŞ-ın Raket Əleyhinə Müdafiə Sistemi ətrafındakı vəziyyəti müzakirə edəcəklər.


Bir gün əvvəl Buş deyib ki, Putinin bu yaxınlardakı bəyanatına baxmayaraq, Rusiya Avropaya təhlükə deyil. Putin bildirib ki, Rusiya sərhədlərinə yaxın Raket Əleyhinə Müdafiə Sistemləri yerləşdirilsə, Rusiya öz raketlərini Avropadakı hərbi obyektlərə tuşlaya bilər.


Sammit antiqlobalistlərin kütləvi çıxışları ilə müşayiət olunur. İyunun 6-da polis kordonunu yarıb keçən nümayişçiləri su şırnaqlarının köməyi ilə dağıdıblar.


XS
SM
MD
LG