Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:44

Türkiyə və ABŞ türk qoşunlarının İraqa müdaxiləsi haqda məlumatları təkzib edir


Türkiyə hərbçiləri kürd yaraqlılarına qarşı əməliyyatın gedişində Şimali İraqa müdaxilə etdikləri barədə xəbərləri təkzib ediblər.


Türkiyənin Xarici İşlər naziri Abdulla Gül Ankarada jurnalistlərə deyib ki, Türkiyənin Baş Qərargahı müvafiq bəyanat verib.


Birləşmiş Ştatlar öz tərəfindən, təsdiqləyir ki, türk qoşunları yalnız öz ərazisində hərəkət edir, İraqla sərhədi pozmur.


Bunu Vaşinqtonda brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Şon MakKormak deyib.


Bundan qabaq «Associated Press» agentliyi bir neçə min türk əsgərinin kürd yaraqlılarını izləyə-izləyə, İraqın şimalına girdiyini xəbər verirdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG