Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:21

«Baku International Jazz Festival» start götürüb


Festivalın Yaşıl Teatrda keçiriləcək açılışına bütün bakılılar dəvət olunur
Festivalın Yaşıl Teatrda keçiriləcək açılışına bütün bakılılar dəvət olunur

İyunun 7-də Bakıda növbəti «Baku International Jazz Festival» start götürüb. Əvvəlki festivallardakı kimi, bu tədbirdə də birinci dərəcəli beynəlxalq caz ustaları iştirak edəcəklər. İldən ilə Festivalın səviyyəsi artır-bu barədə ən azı iştirakçılarının siyahısı xəbər verir. İlk dəfə olaraq Festivalın iştirakçıları sırasında 11 xaricdən gələn kollektiv iştirak edir (www.festival.jazz.az).


Festival konsertləri Opera və Balet Teatrı, Bakı Caz Mərkəzi, Filarmoniya və Yaşıl Teatrın səhnələrində keçiriləcək.


Festivalın təşkilatçıları bakılılar üçün sürpriz hazırlayıblar: Opera və Balet Teatrın səhnəsində solo konserti ilə Əzizə Mustafazadə çıxış edəcək.


Bakı Caz Mərkəzindən bildirirlər ki, Festivalın Yaşıl Teatrda keçiriləcək açılışına bütün bakılılar dəvət olunur. Qala-konsert saat 21:00 başlayacaq.


İyunun 14-də Yaşıl Teatrda «Baku International Jazz Festival»ın bağlanış konserti keçiriləcək.


Festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG