Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:30

Mərkəzləşdirilmiş buraxılış imtahanlarında ən yüksək göstəricini Sumqayıt məktəbliləri qazanıb


Azərbaycanda orta ümumtəhsil məktəblərində keçirilmiş mərkəzləşdirilmiş buraxılış test imtahanlarında ən yüksək göstəricilər Sumqayıt şəhərinin, ən aşağı göstəricilər İmişli rayonunun məktəblərinə aiddir. Bu barədə iyunun 6-da keçirdiyi mətbuat konfransında Təhsil naziri Misir Mərdanov bildirib.


«Trend» xəbər verir ki, mərkəzləşdirilmiş qaydada buraxılış test imtahanı İmişli, Bakının Xətai, Səbail rayonlarında və Sumqayıt şəhərinin orta məktəblərində keçirilib. Bu imtahanlarda ümumilikdə 13 min 19 nəfər şagird iştirak edib. 474 şagird illik nəticələrinə görə imtahanlara buraxılmayıb.


Nazirin sözlərinə görə, mərkəzləşdirilmiş buraxılış test imtahanlarının nəticələri cəmi 10 saat ərzində açıqlanıb.


XS
SM
MD
LG