Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:13

Əli İnsanov gömrük orqanlarını məhkəməyə verib


Sabiq səhiyyə naziri Əli İnsanov gömrük orqanları barədə Əzizbəyov Rayon Məhkəməsində iddia qaldırıb. Belə ki, artıq üç aydır ki, sabiq nazirin Moskvada nəşr olunmuş «Vərəm» dərslik kitabının Azərbaycana göndərilmiş min nüsxəsi Binə gömrük idarəsində saxlanılır. Bu barədə «Turan»a vəkil Toğrul Babayev bildirib.


Onun sözlərinə görə, Əli İnsanovun «Vərəm» kitabı 2004-2005-ci illərdə Avropanın iki mükafatına layiq görülüb və bu qitənin ali məktəblərində dərslik kimi istifadəsi tövsiyə olunub. 2007-ci ildə isə «Vərəm» kitabının 2-ci nəşri tibb universitetlərində dərslik kimi istifadə üçün Moskvada nəşr edilib.


Sabiq səhiyyə naziri Əli İnsanov Cinayət Məcəlləsinin dövlət əmlakını mənimsəmə, korrupsiya və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirləndirilib, 11 il azadlıqdan məhrum edilib.


XS
SM
MD
LG