Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:57

Almaniyada «Böyük Səkkizliyin» sammiti başlayır


Sammit antiqlobalistlərin kütləvi aksiyaları ilə müşayiət olunur
Sammit antiqlobalistlərin kütləvi aksiyaları ilə müşayiət olunur

İyunun 6-da Almaniyanın kurort şəhəri – Hayliqendammda «Böyük Səkkizliyin» sammiti başlayır.


Forumun başlıca mövzuları qlobal istiləşmə ilə mübarizə və Afrika ölkələrinə yardımdır.


Rəsmi açılışdan qabaq bir sıra ikitərəfli görüşlər, o cümlədən, ABŞ və Rusiya prezidentləri Corc Buş və Vladimir Putinin görüşü olacaq. Onlar hər şeydən əvvəl ABŞ-ın Raket Əleyhinə Müdafiə sistemi elementlərinin Avropada yerləşdirilməsi planlarını müzakirə edəcəklər. Bu planlar Moskvada kəskin mənfi reaksiya doğurur.


İyunun 5-də Praqada «Demokratiya və təhlükəsizlik» beynəlxalq konfransında çıxışı zamanı Corc Buş deyib ki, Rusiyada liberal islahatlardan geri çəkilmə müşahidə olunur. O, eyni zamanda, qeyd edib ki, Rusiyada insan haqlarının vəziyyəti haqda diskussiya iki ölkənin sıx əlaqələri üçün əngəl deyil. Amerika lideri həmçinin deyib ki, insan haqlarına riayət beynəlxalq təhlükəsizliyin təmin olunmasında əsas şərtdir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG