Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:57

«Bizim məqsədimiz Xəzərdə Rusiya ilə konfrontasiya deyil»


Brayza ABŞ-ın Xəzər qazın Avropaya təchizatında maraqlı olduğunu deyir

Brayza ABŞ-ın Xəzər qazın Avropaya təchizatında maraqlı olduğunu deyir

«Bizim məqsədimiz Xəzərdə Rusiya və ya «Qazprom»la konfrontasiya deyil. Biz əməkdaşlığa ümid edirik və münasibətlərimizi sağlam rəqabət əsasında qurmaq istəyirik. Yalnız bu halda Avropanın enerji təhlükəsizliyi təmin olunacaq. Bundan həm təchizatçılar, həm də istehlakçılar qazanacaqlar». Bu fikri ABŞ dövlət katibinin köməkçisinin müavini Metyu Brayza iyunun 6-da Bakıda «Xəzər neft-qaz 2007» beynəlxalq sərgi-konfransında çıxışında deyib.


«Turan» xəbər verir ki, diplomat ABŞ-ın Xəzər regionundan qazın birbaşa Avropaya təchizatında maraqlı olduğunu bildirib. Onun fikrincə, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin «davamı» NABUCCO layihəsi (Türkiyə-Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya) və Türkiyə-Yunanıstan-İtaliya (2009-cu ildə işə salınacaq) boru kəməri ola bilər.


«Bəzi ekspertlər və siyasətçilər iddia edirlər ki, Azərbaycanda Avropaya ixrac etmək üçün kifayət qədər qaz yoxdur», deyə Brayza davam edib. «Lakin bizim həm şirkətlər, həm də Xəzəryanı ölkələrin hökumətlərilə apardığımız birgə məsləhətləşmələr göstərir ki, 2015-ci ildən sonra regionda qaz hasilatının həcmi kəskin şəkildə artacaq».


Brayzanın sözlərinə görə, 2020-ci ilə kimi NABUCCO qaz kəmərinin gücü 30-35 mlrd. kubmetr qaza çatacaq və Transxəzər qaz kəməri fəaliyyət göstərəcəyi təqdirdə o, Xəzər regionundan qazı Mərkəzi Avropaya nəql etmək iqtidarında olacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG