Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:51

«Məqsəd prezidentlərin Sankt-Peterburq görüşünü hazırlamaqdır»


Həmsədrlər Xarici İşlər Nazirliyində görüşlərə başlayıb
Həmsədrlər Xarici İşlər Nazirliyində görüşlərə başlayıb

İyunun 6-da həmsədrlərlə keçiriləcək görüşdə Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas prinsiplər müzakirə olunacaq. Bu haqda məlumat verən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyir ki, münaqişəylə bağlı bəzi ciddi məsələlər qalır ki, onların müzakirəsi davam etdiriləcək.


Elmar Məmmədyarov deyir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünü hazırlamaqdır.


«Həmsədrlər prezidentlərə müzakirə ediləcək məsələləri təklif edirlər. Görüşün nəticələri, həm də prezidentlərin hansı məsələlərə toxunacaqlarından asılıdır».
Elmar Məmmədyarov deyir ki, prezidentlərin Sankt-Peterburq görüşündə əsas prinsiplər baxımından razılığa gəlinsə, bunun əsasında böyük saziş hazırlanacaq: «Doğrudur, bir-iki prinsipdə mövqelər arasında çox ciddi fərqlər var. Deyim ki, 8 prinsipin hansısa barədə razılığa gəlmişik, düzgün olmazdı. O biri prinsiplərdə razılıq olsa belə, ilk gündən razılaşmışıq ki, hər hansı bir prinsipdə razılığa gəlinməsə, digər prinsiplər açıq qalır».
Politoloq Rauf Mirqədirov deyir ki, həmsədrlərin indiki səfəri ilə nəyinsə dəyişəcəyi inandırıcı görünmür. Məlumatsızlıq isə vəziyyəti gərginləşdirir.


ATƏT-in fəaliyyətdə olan sədri, Mingel Anhel Maratinos isə Yerevanda deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin intensiv vasitəçilik səyləri Ermənistanla Azərbaycanı Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair əsas prinsipləri əhatə edən çərçivə sazişinə yaxınlaşdırıb. «Sülh tərəflərin hər birinə və bütövlükdə regiona çox böyük fayda gətirəcək. Sülhə gedən yol kompromislərdən keçir. Ümid edirəm ki, Ermənistan və Azərbaycan prezidentləri Sankt-Peterburqda görüşündə bu istiqamətdə mühüm addımlar atmağa qadir olacaqlar».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG