Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:53

Buş sözünün üstündə durduğunu deyir


Buş ABŞ-ın Rusiya və Çinlə yaxşı əlaqələr qurmaqda davam edəcəyini deyib

Buş ABŞ-ın Rusiya və Çinlə yaxşı əlaqələr qurmaqda davam edəcəyini deyib

«Azad cəmiyyətlər müxtəlif yerlərdə, müxtəlif sürətlərlə yarana bilər, ancaq dəyərlər ümumidir, universaldır. Və bu dəyərlərə Amerika sadiq olaraq qalır». ABŞ prezidenti Corc Buş Praqada keçirilən «Demokratiya və Təhlükəsizlik» konfransında belə deyib.


O, Amerikanın Rusiya və Çinlə yaxşı əlaqələr qurmaqda davam edəcəyini, ancaq bu zaman öz prinsiplərindən və dəyərlərindən geri çəkilməyəcəyini bəyan edib.


ABŞ prezidenti deyib ki, eyni yanaşma Misirə, Səudiyyə Ərəbistanına və Pakistana da olacaq: «O ölkələrə ki, demokratiya göstəriciləri yaxşı deyil».


Buş Çini misal çəkib ki, bu ölkənin rəhbərliyi iqtisadiyyatı açmaqla və iqtisadi uğurlarla öz işini bitmiş hesab edir, ancaq siyasi sistem də açıq olmalıdır.


O, bir daha təkrar edib ki, vaxtilə yer üzündə tiraniyaya son qoyacağına söz verib və bu sözünün üstündə durur.


C.Buş dünyada bütün dissidentlərin dərhal azad olunmasını tələb edib. O, Belarusun, Birmanın, Kubanın və Vyetnamın adını çəkib.


Günün bütün mövzuları

XS
SM
MD
LG