Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:49

Buş Çexiya rəhbərliyi ilə radarın yerləşdirilməsi məsələsini müzakirə edib


ABŞ prezidenti Corc Buş Praqada Çexiya prezidenti Vatslav Klaus və Baş nazir Mirek Topolenko ilə görüşüb. Onların hər ikisi Vaşinqtonun Çexiyada radar qurğusu yerləşdirmək niyyətini dəstəkləyir.


Amerika prezidenti həmçinin, Çexiyanın keçmiş Baş naziri, parlament müxalifətinin lideri İrji Paroubeklə də danışıqlar aparacaq. Paroubek bu məsələyə dair referendumun keçirilməsində israr edir.


Avropada ABŞ-ın Raket Əleyhinə Müdafiə elementlərini yerləşdirmək planları Rusiya və Çinin mənfi reaksiyasına səbəb olub.


Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Tszyan Yu deyib ki, bu, dünya dövlətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə yardım etmir.


Rusiya prezidenti Vladimir Putin isə Rusiya raketlərinin Avropaya tuşlana biləcəyini bəyan edib.



Çexiyada son rəy sorğuları göstərir ki, əhalinin təxminən üçdə ikisi Amerika radiolokasiya stansiyasının tikilməsinin əleyhinədir.


Günün bütün mövzuları

XS
SM
MD
LG