Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:51

«Azərbaycanın potensialı var ki, Avropanın əsas qaz ixracatçısına çevrilsin»


«Xəzər neft, qaz, neftayırma və neft kimyası-2007» sərgisinə 32 ölkədən 360 şirkət qatılıb

«Xəzər neft, qaz, neftayırma və neft kimyası-2007» sərgisinə 32 ölkədən 360 şirkət qatılıb

«Azərbaycanın kifayət qədər potensialı var ki, Avropanın əsas qaz ixracatçısına çevrilsin. Burada nəzərdə tutulan layihələr gerçəkləşəndən sonra dünya regionda əldə olunan nailiyyətləri müşahidə edəcək». Bunu «Xəzər neft, qaz, neftayırma və neft kimyası-2007» XIV beynəlxalq sərgi-konfransında ABŞ-ın Ticarət nazirinin müavini David Sampson deyib.


Konfransda çıxış edən prezident İlham Əliyev bildirib ki, Azərbaycan 13 ildə neft-qaz sektoruna 30 milyard dollar xarici sərmayə cəlb edib.


Dövlət başçısı bildirib ki, Azərbaycan artıq özünün neft-qaz problemini həll edib. 2007-ci ildən isə neftlə yanaşı həm də qaz ixrac edən ölkəyə çevrilib. Onun sözlərinə görə 2008-ci ildə ölkə 8 milyard kubmetr qaz hasil edəcək.


İlham Əliyev deyir ki, kəşfiyyat işləri yataqlarda ilkin proqnozlardan xeyli fərqli həcmdə qaz ehtiyatı olduğunu göstərir. Şahdəniz yatağında əvvəl deyildiyi kimi 600 milyon deyil, 1 trlion 200 milyon kubmetr qaz ehtiyatının olduğu bildirilir. Bu da Azərbaycanın 100 illik qaz təminatını ödəyəcək bir göstəricidir.


«Xəzər neft, qaz, neftayırma və neft kimyası-2007» XIV beynəlxalq sərgi və konfransında dünyanın 32 ölkəsindən 360 şirkət iştirak edir. Ənənəvi sərgi-konfransın təşkilatçıları Azərbaycan Ticarət və Sənaye Palatası, Böyük Britaniyanın İTE Group Plc şirkətidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG