Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:44

12 min şagird mərkəzləşdirilmiş qaydada test imtahanı verib


İyunun 5-də 12 min on birinci sinif şagirdi mərkəzləşdirilmiş qaydada test imtahanı verib. Təhsil Nazirliyinin əməkdaşı Xəyyam Fərəcov «Azadlıq» radiosuna bildirib ki, Sumqayıt, İmişli və Bakının Xətai və Səbail rayonlarında yerləşən məktəblərdə təhsil alan şagirdlər səkkiz fənndən buraxılış imtahanı verib.


Şagirdlərin cavabları nazirliyin mütəxəssisləri tərəfindən yoxlanacaq. Fərəcov deyir ki, aşağı bal toplamış şagirdlərə attestat verilməyəcək.


Mərkəzləşdirilmiş qaydada test imtahanı ilk dəfə ötən il Bakının Xətai rayonunda və İmişli rayonunda keçirilib.


XS
SM
MD
LG