Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:30

«Qərb başqa ölkələrdə demokratiyanı qurban verir»


«Demokratiya və Təhlükəsizlik» konfransının çox maraqlı məqsədi var
«Demokratiya və Təhlükəsizlik» konfransının çox maraqlı məqsədi var

Praqada keçirilən «Demokratiya və Təhlükəsizlik» konfransının çox maraqlı məqsədi var: müxtəlif ölkələrdə demokratiya uğrunda mübarizə aparanları Qərbin qərar qəbul edən dövlət xadimləri ilə bir araya gətirmək.



Bu, məqsəddir, səbəblərdən biri isə odur ki, demokratiya uğrunda mübarizə aparanların Qərbə son vaxtlar bir daimi iradı var ki, Qərb öz təhlükəsizliyinə görə, başqa ölkələrdə demokratiyanı qurban verir. İndi konfransda onların imkanı var ki, bütün bunları Qərbin üzünə desinlər. O cümlədən, tədbirin əsas iştirakçısı olan Corc Buşa.



Məsələn, Misirin ən tanınmış dissidenti Səədəddin İbrahim deyir ki, onun Buşa ümidləri doğrulmadı. Çünki Misir prezidenti Hüsni Mübarək Amerikanı islam təhlükəsi ilə qorxudur və təhlükəsizlik adı ilə Misirdə demokratiyanı boğur. Buş da buna imkan verir, hərçənd onun demokratiyanı doğrudan da yaymaq istəyinə İbrahimin şübhəsi yoxdur.



Qüdsdəki «Adelson» İnstitutunun rəhbəri, keçmiş nazir Natan Şaranski isə deyir ki, doğrudan da bunu başa düşmək olmur - əvvəl deyirsən ki, Misirdə azad seçki olmalıdır, sonra da bəyan edirsən ki, Hüsni Mübarəkin mövqeyini gücləndirmək lazımdır. İnstitut Praqada keçirilən konfransın təşkilatçılarından biridir, tədbiri təşkil edən digər təşkilatlar isə Praqanın Təhlükəsizlik Araşdırmaları İnstitutu və İspaniyanın «FAES» Fondudur. Bu fond bütün dünyada demokratiyanın müdafiəsini əsas məqsədi elan edib.



Təşkilatçılar konfransın bir məqsədini də belə izah edirlər: beynəlxalq aləm başa düşməlidir ki, məsələn, İranın əsl təmsilçisi, indi orda dissident olan demokratlardır, hakimiyyətdə təmsil olunanlar yox.


İki gün davam edəcək konfransda Çexiyanın keçmiş dissidenti və prezidenti Vatslav Havel və Natan Şaranski «Praqa sənədi» adlı bir layihə ortaya qoyacaqlar.



Həmin sənəddə «repressiv cəmiyyətlərdə, insan haqları, söz azadlığı pozulan ölkələrdə Qərb hökumətləri hansı işləri görə bilər» sualına cavab verilir və Qərbin görə biləcəyi işlərin, atacağı addımların siyahısı göstərilir.



Sənəd konfrans adından bütün Qərb ölkələrinə göndəriləcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG