Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:25

Yalnız Rusiya internetində qeyri-Amerika şirkətləri liderlik edirlər


Ən populyar «Google» şirkətinin internet-servisləridir
Ən populyar «Google» şirkətinin internet-servisləridir

Britaniyanın «ComScore» şirkəti Avropanın 16 ölkəsində interneti tədqiq edib. 13 ölkədə ən populyar «Google» şirkətinin internet-servisləridir. Norveç və İsveçdə birinci yeri «Microsoft»un məhsulları tutublar.


«ComScore»nin məlumatına əsasən, yalnız Rusiyada qeyri-Amerika şirkəti inamla liderlik edir: bu, yerli «Yandex» internet-şirkətinin məhsullarıdır. Rusiyada «Google»nin məhsulları heç ilk üçlüyə də düşməyib. Burada birinci yerdə «Yandex», sonra «Mail.ru» və «Rambler» gəlir.


Rusiyadan savayı dünyada belə vəziyyət yalnız Çindədir – orada şəksiz lider «Baidu» axtarış sistemidir.


Rusiya şirkətlərinin yerli bazarda liderliyinin başlıca səbəbi kimi təhlilçilər proqramların yüksək keyfiyyətini qeyd edirlər. Həm də Amerika şirkətlərinin Rusiya internetinə olduqca gec diqqət yetirdiklərini deyirlər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG