Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:44

Jurnalistlər BMT-dən yardım istədilər


Sığınacaq almaq istəyən jurnalistlər Prezident Aparatının rəsmiləri ilə görüşməyi planlaşdırırlar

Sığınacaq almaq istəyən jurnalistlər Prezident Aparatının rəsmiləri ilə görüşməyi planlaşdırırlar

Xarici ölkələrdən sığınacaq istəyən 24 jurnalist iyunun 4-də BMT-nin Azərbaycan nümayəndəliyinə müraciət ediblər. Həmin jurnalistlərdən biri, «Gündəlik Azərbaycan» qəzetinin redaktoru Üzeyir Cəfərovun sözlərinə görə, BMT-dən onlarla Azərbaycanda diplomatik nümayəndəliyi olmayan dövlətlər arasında vasitəçilik etməsini istəyiblər.


Qəzetçilər həmçinin Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, qurumun ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və Milli Məclisin insan haqları komissiyasının sədri Rəbiyyət Aslanova ilə görüşməyi düşünürlər.


Üzeyir Cəfərovun sözlərinə görə, Prezident Aparatının rəsmiləri dəfələrlə bildiriblər ki, jurnalistlərin Azərbaycanda qalıb yaşaması və işləməsi üçün hər cür şərait var, getmək istəyənlərsə sadəcə, siyasi qrupların oyunlarında iştirak edənlərdir. Sığınacaq istəyən jurnalistlər də bu yöndə rəsmilərlə müzakirə aparmaq, eyni zamanda, hakimiyyətə yaxın kütləvi informasiya vasitələrində onlara qarşı aparılan təbliğatın dayandırılmasını istəyirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG