Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:52

Haaqada Liberiyanın keçmiş prezidentinin məhkəməsi başlayıb


Haaqada Liberiyanın keçmiş prezidentinin məhkəməsi başlayıb. Məhkəmə təqsirləndirilənin iştirakı olmadan keçir – Çarlz Teylor nümayişkaranə şəkildə iclası boykot edir.


Teylora hərbi və bəşəriyyətə qarşı cinayətlər ittihamı irəli sürülüb. O, öz ölkəsində vətəndaş müharibəsini başlamaqda və Syerra-Leonedə qiyamçıları fəal dəstəkləməkdə təqsirləndirilir.


Syerra-Leonedə 11 il terror kampaniyası dövründə minlərlə adam – böyüklər və uşaqlar qətlə yetirilib, şikəst edilib və incidilib. Syerra-Leonedə qiyamçılara Teylorun tərəfdaşı komandanlıq edib. Liberiya prezidenti tərəfdaşına pulla, silahla yardım edir, həmçinin Syerra-Leoneyə döyüşçülərini yollayırdı.


Məhkəmə Haaqada Syerra-Leone üçün nəzərdə tutulmuş BMT Tribunalında keçirilir.


XS
SM
MD
LG