Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:52

Sərgiyə 32 ölkədən 360 şirkət qatılır


Xəzər neft-qaz sərgisi artıq 14-cü ildir ki, keçirilir

Xəzər neft-qaz sərgisi artıq 14-cü ildir ki, keçirilir

İyunun 5 və 8-də Bakıda keçiriləcək Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası Sərgi və Konfransında 32 ölkədən 360 şirkət iştirak edəcək.

Sərgiyə rəsmi dəstəyi Azərbaycan Sənaye və Energetika Nazirliyi, Dövlət Neft Şirkəti verir. Sponsorlar BP, « Bos-Shelf » , « Cicko » , « McDermott » və başqa şirkətlərdir.


Tədbirin təşkilatçılarının iyunun 4-də keçirdikləri mətbuat konfransında bildirilib ki, ekspozisiyanın 30 faizini Azərbaycan bazarına ilk dəfə qədəm qoyan şirkətlər təşkil edir. İştirakçıların 85 faizi dünyada tanınmış şirkətlərdir.


Bu il sərgidə iştirak edən şirkətlərin 25 faizi Azərbaycandan, 25 faizi MDB ölkələrindən, 50 faizi isə başqa xarici ölkələrdəndir.


Dörd gün ərzində sərgini 10 mindən artıq peşəkarın ziyarət edəcəyi bildirilir.


Bu sərgi artıq 14-cü ildir ki, keçirilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG