Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:12

Yerli əhali Amerika radarının tikilməsini istəmir


Çexiyada beş kəndin sakinləri referendumda onların yaşayış məntəqələrinin kənarında Amerika Raket Əleyhinə Müdafiə Sistemi obyektinin tikintisinin əleyhinə səs veriblər.


Yerli administrasiyaların təşkil etdiyi səsvermədə sakinlərin mütləq əksəriyyəti iştirak edib. 95 faiz qonşuluqdakı Brda hərbi poliqonunda Amerika radarının yerləşdirilməsini qarşı çıxıb.


Yerli referendumların nəticələrinin hüquqi qüvvəsi yoxdur. Çexiyada Raket Əleyhinə Müdafiə obyekti məsələsi iyunun 5-də ABŞ prezidenti Corc Buşun bu ölkəyə səfəri zamanı müzakirə olunacaq.


XS
SM
MD
LG