Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:31

«Azərbaycanda biznes qurmağa mane olan əsas faktor korrupsiyadır»


«Əsas məsələ Azərbaycan liderlərinin bu tarixi imkandan necə istifadə etməsidir»
«Əsas məsələ Azərbaycan liderlərinin bu tarixi imkandan necə istifadə etməsidir»

«Bu gün Azərbaycanda biznes qurmağa mane olan əsas faktor korrupsiyadır».


ABŞ-ın Ticarət nazirinin müavini David Sampson Amerika-Azərbaycan Ticarət Palatasında çıxış edərkən belə deyib. Onun sözlərinə görə, korrupsiya ən istedadlı və dinamik xalqı olan qabaqcıl iqtisadiyyatlı ölkələrə belə sirayət edən xəstəlikdir:


«Hökumətin korrupsiyanı əsas problem kimi tanımasına baxmayaraq, bunu aradan qaldırmaq üçün təcili, sistemli və davamlı proqrama ehtiyac var».


Cənab Sampson bildirib ki, Azərbaycan gömrük, lisenziyalaşdırma və vergi funksiyalarının şəffaf və ardıcıl idarəolunması üçün addımlar atmalıdır.


Ölkəyə böyük həcmli neft pullarının daxil olmasına toxunan ABŞ rəsmisi, «əsas məsələ Azərbaycan liderlərinin bu tarixi imkandan necə istifadə etməsidir», - deyib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG