Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:50

Yenə də bir çox jurnalistləri Fərhad Əliyevin məhkəməsinə buraxmayıblar


İyunun 4-də bir çox jurnalistləri yenidən sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin məhkəmə prosesinə buraxmayıblar.


«Turan» xəbər yayıb ki, prosesə ABŞ səfirliyinin, ATƏT-in Bakı ofisinin, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun müşahidəçiləri də buraxılmayıblar.


Məhkəmə bunu «zalda yerlərin olmaması» ilə əsaslandırır.


Fərhad Əliyev, onun qardaşı və daha 17 nəfər vəzifə səlahiyyətlərini aşma, qaçaqmalçılıq və Cinayət Məcəlləsinin bir sıra maddələri ilə təqsirli bilinirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG