Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:49

Vladimir Putin: Rusiya raketləri yenidən Avropaya tuşlaya bilər


Rusiya prezidenti Vladimir Putin deyib ki, ABŞ Rusiya sərhədlərinə yaxın Raket Əleyhinə Müdafiə Sistemləri yerləşdirsə, Rusiya öz raketlərini Avropadakı hərbi obyektlərə yönəldə bilər.


Rusiya prezidenti xarici jurnalistlərə müsahibə verib. Deyib ki, Rusiya hərbçilərinin fikrincə, sistemlərin Polşada və Çexiyada yerləşdirilməsi Rusiya üçün təhlükədir:


«Əgər ABŞ-ın strateji nüvə potensialının bir hissəsi Avropaya köçürülürsə və bizim hərbi mütəxəssislər demişkən, bizə təhlükə törədəcəksə, o zaman biz də cavab addımları atmağa məcbur olacağıq. Bu hansı addımlardır? Əlbəttə, biz Avropada yeni hədəflər müəyyənləşdirəcəyik.


O ki qaldı, Rusiyaya potensial təhlükə olan həmin obyektləri vurmaq üçün hansı vasitələrdən istifadə olunacağına, bu, artıq texnikanın işidir: Bu, ballistik və ya qanadlı raketlər, ya da tamamilə yeni sistemlər ola bilər – təkrar edirəm, bu, artıq texnikanın işidir»


ABŞ dəfələrlə bəyan edib ki, Şərqi Avropada yaradılmaqda olan Raket Əleyhinə Müdafiə Sistemləri Rusiyaya təhlükə deyil, o, İran və Şimali Koreya kimi radikal dövlətlərdən qorunmaq üçündür.


XS
SM
MD
LG