Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:05

Avropa seçməsi: Kardiffdə göz yaşları, Kopenhagendə qalmaqal...


Avropa çempionatının final mərhələsi 2008-ci ilin yayında Avstriya və İsveçrədə keçiriləcək
Avropa çempionatının final mərhələsi 2008-ci ilin yayında Avstriya və İsveçrədə keçiriləcək

Ermənistan Azərbaycanı qabaqladı, Azərbaycanın futbol yığması qrupda axırıncı yerə düşdü.


İyunun 2-də Polşaya 1-3 uduzandan sonra Azərbaycanın 4 xalı var.


Qazaxıstanı 2-1 udan Ermənistan da xalını 4-ə çatdırıb, amma ermənilər Azərbaycandan bir oyun az keçiriblər, buraxdıqları toplar da azdır.


Gələn ilki Avropa çempionatının qrup mərhələsində Azərbaycanın başqa rəqibləri isə belə oynayıblar (A qrupu):


Finlandiya - Serbiya – 0 - 2


Belçika – Portuqaliya – 1 - 2


Qrupda vəziyyət belədir: Polşa – 19 xal (8 oyun), Portuqaliya, Serbiya – 14 xal (7 oyun), Finlandiya – 11 xal (7 oyun), Belçika – 7 xalq (7 oyun), Qazaxıstan – 5 xal (7 oyun), Ermənistan 4 xalq (6 oyun), Azərbaycan -4 xalq (7 oyun)


Azərbaycan növbəti oyununu iyunun 6-da Qazaxıstanla, Ermənistan isə Polşa ilə keçirəcək.



Danimarka – İsveç oyununun sonuna bir dəqiqə qalmış maraqlı olay baş verib. Belə ki, hesab 3:3 olarkən alman hakim Herbert Fandel oyunu dayandırmağa məcbur olub. Danimarka yığmasının azarkeşlərindən biri hakimə hücum etdiyindən, onun başqa çıxış yolu qalmayıb.


UEFA İntizam Komitəsi yaxın günlərdə hakimin qərarını müzakirə edəcək. Ya 3:3 hesabı qüvvədə qalacaq, ya da danimarkalılara texniki məğlubiyyət veriləcək.



Başqa hadisələrdən Uels yığmasının kapitanı Rayan Giqqzin öz milli komandasında keçirdiyi son oyunu qeyd etmək olar. O, kövrəlmiş halda tamaşaçıları ilə vidalaşıb, Giqqzi ikinci hissədə əvəz ediblər.


Uzun fasilədən sonra İtaliya yığmasına qayıdan Filippo İndzaqi Farer adalarındakı oyunda iki dəfə fərqlənib.


İslandiyada Lixtenşteynin heç-heçəsi də diqqətəlayiqdir: cırtdan ölkənin komandası ardıcıl iki oyundur ki, uduzmur.


Şənbə oyunlarının siyahısı:


B qrupu


Farer – İtaliya – 1:2


Litva – Gürcüstan – 1:0


Fransa - Ukrayna – 2:0


Fransa – 15 (6), İtaliya – 13 (6), Ukrayna, Şotlandiya – 12 (6), Litva -7 (6), Gürcüstan – 6 (7), Farer – 0 (7)


C qrupu


Bosniya və Herseqovina – Türkiyə - 3:2


Norveç - Malta – 4:0


Yunanıstan – Macarıstan – 2:0


Bütün komandalar 6 oyun keçiriblər: Yunanıstan – 15, Türkiyə -13, Bosniya və Herseqovina, Norveç – 10, Macarıstan – 6, Malta – 4, Moldova -2


D qrupu


Uels – Çexiya – 0:0


Almaniya – San-Marino – 6:0


Almaniya – 16 (6), Çexiya – 14 (7), İrlandiya – 13 (7), Slovakiya – 9 (6), Uels – 7 (6), Kipr – 4 (6), san-marino – 0 (5)


F qrupu


İslandiya – Lixtenşteyn – 1:1


Danimarka – İsveç – oyun axıra qədər oynanmayıb


Latviya – İspaniya – 0:2


Danimarka – İsveç oyunu nəzərə alınmamaqla: Şimali İrlandiya – 13 (6), İsveç -12 (5), İspaniya – 12 (6), Danimarka – 7 (5), Lixtenşteyn, İslandiya – 4 (6), Latviya – 3 (5).


G qrupu


Albaniya – Lüksemburq – 2:0


Sloveniya – Rumıniya – 1:2


Belarus – Bolqarıstan – 0:2


Hollandiya – 14 (6), Bolqarıstan – 12 (6), Rumıniya – 11 (5), Belarus – 7 (6), Albaniya – 6 (6), Sloveniya – 4 (5), Lüksemburq – 0 (6)


Buna da bax:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG