Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:42

Kennedi adına hava limanında terror planlaşdırılırdı


Şübhəlilərdən biri Nyu-Yorkda, ikisi isə Karib dənizindəki Trinidad adasında saxlanılıb

Şübhəlilərdən biri Nyu-Yorkda, ikisi isə Karib dənizindəki Trinidad adasında saxlanılıb

ABŞ-da Con Kennedi adına Nyu-York aeroportunda terror planlaşdırmaqda şübhəli bilinən dörd nəfərə qarşı ittiham irəli sürülüb.


Polisin məlumatına əsasən, ekstremistlər hava limanını təyyarələr üçün yanacaqla təchiz edən kəməri partlatmaq istəyirdilər. Plan ancaq ilkin hazırlıq mərhələsində idi, aeroporta real təhlükə yox idi.


Şübhəlilərdən biri Nyu-Yorkda, ikisi isə Karib dənizindəki Trinidad adasında saxlanılıb. Qrupun dördüncü iştirakçısı hələlik axtarışdadır.


Günün bütün mövzuları

XS
SM
MD
LG