Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:18

Əli İnsanov Ədliyyə naziri barədə cinayət işi açılmasını istəyir


Keçmiş Səhiyyə naziri Əli İnsanov Ədliyyə naziri Fikrət Məmmədovun barəsində cinayət işi başlanması üçün Baş Prokuror Zakir Qaralova şikayət göndərib.


Əli İnsanov istəyir ki, Ədliyyə nazirinə Cinayət Məcəlləsinin 308-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə iş açılsın.


Bu barədə «Azadlıq» radiosuna vəkil Ağaveyis Şahverdi məlumat verib.


Ə.İnsanov iddia edir ki, müalicəsinə imkan yaradılmır, əvvəllər ölüm cəzasına məhkum edilmiş şəxslərin kamerasında saxlanır, yarımzirzəmi kameranın havası rütubətli və üfunətlidir.



Baş Prokurorluğun mətbuat xidmətindən Vüqar Əliyev isə deyir ki, Əli İnsanov şikayət edibsə də, onun araşdırılması üçün vaxt lazımdır.



Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib. 2007-ci il aprelin 20-də isə vəzifə cinayətlərində ittiham edilən keçmiş Səhiyyə naziri 11 il azadlıqdan məhrum edilib.


XS
SM
MD
LG