Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:11

Mixail Kasyanov Rusiya prezidentliyinə namizəddir


Rusiyanın keçmiş Baş naziri Mixail Kasyanovun Rusiya prezidentliyinə namizədliyi irəli sürülüb.


Qərarı Xalq-Demokratik Birliyi qurultayının iştirakçıları qəbul ediblər. Kasyanov həmin birliyin lideridir.


Qurultayda Kasyanov özünün seçkiqabağı proqramını açıqlayıb. Deyib ki, proqramda prioritet sosial sahədir, orduya çağırışın tam ləğv olunması, pulsuz təhsil və səhiyyə, polisdə islahatlar nəzərdə tutulur.


Kasyanov əhalinin dörddə birini yeni mənzillərə köçürməyi də vəd edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG