Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:14

Dörd hərbiçini vətənə xəyanətə görə mühakimə edəcəklər


Vətənə xəyanətdə ittiham olunan hərbçilərin məhkəmə prosesi qapalı olacaq

Vətənə xəyanətdə ittiham olunan hərbçilərin məhkəmə prosesi qapalı olacaq

İyunun 7-də Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmədə hakim Məmmədbağır Zeynalovun sədrliyi ilə keçmiş hərbiçi Eldəniz Nuriyevin işi üzrə hazırlıq iclası keçiriləcək.


«Turan» xəbər verir ki, o, dövlətə xəyanət, döyüş növbəsi çəkmə qaydalarının pozulması, fərarilikdə təqsirli bilinir.


Eldəniz Nuriyev 31 dekabr 2006-cı ildə Fizuli rayonu ərazisində erməni əsirliyinə düşüb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə o, 2007-ci ilin yanvarın 17-də əsirlikdən azad edilib. Nuriyev orduya 2005-ci ilin iyulunda çağırılıb.


Hakim İsgəndər Hacıyevin sədrliyi ilə daha üç keçmiş hərbiçinin işi üzrə hazırlıq iclası keçirilib: Elman Əhmədov, Ramin Məmmədağayev və Ağasəlim Səlimov. Hər üçü Cinayət Məcəlləsinin iki maddəsi: dövlətə xəyanət və döyüş növbəsi çəkmə qaydalarının pozma ilə təqsirli bilinirlər.


İstintaq materiallarından məlum olduğu kimi, bu hərbiçilər 2006-cı ilin iyul-oktyabr aylarında qarovul xidməti zamanı düşmənlə əlaqədə olduqlarına görə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən aşkarlanıb həbs ediliblər.


Hər iki proses qapalı rejimdə keçəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG