Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:51

«Roma şəhərinin sakinləri kokainlə nəfəs alır»


Bu sensasiyalı kəşfin müəllifləri italiyalı kimyaçılardır. Onlar müəyyən edib ki, Roma şəhərinin havasında kokain tozu var, hansı ki, şəhər əhalisi daim onunla nəfəs alır.


Alimlər şəhərin bir-birindən fərqli məsafələrdə yerləşən altı zonasını diqqətlə öyrəniblər. Müəyyən edilib ki, havada narkotikin miqdarı xeyli yüksəkdir. Hətta Romanın çay sularının tərkibində də narkotik tapılıb.
«La Repubblica» qəzeti yazır ki, alimlər nəticələrdən heç təəccüblənməyiblər. Belə ki, təkcə Milan şəhərində gün ərzində milyon nəfərdən çox sakin 1-1,5 kq kokaindən istifadə edir. Elə Milanın məşhur Po çayının suyunda da narkotik ovuntusu aşkarlanıb.


Alimlərin qənaətinə görə, havada narkotikin tapılması tullantılarla yanaşı, xəstəxanalarda bu maddələrin yandırılması nəticəsində də ola bilər. Analizin nəticələri polisə təqdim edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG