Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:21

İpoteka kreditlərinin verilməsi dayandırılıb


AİF icraçı direktoru Faiq Məmmədov beş aylıq yekuna həsr olunmuş mətbuat konfransı keçirib
AİF icraçı direktoru Faiq Məmmədov beş aylıq yekuna həsr olunmuş mətbuat konfransı keçirib

İpoteka kreditlərinin ayrılmasının ixtisar olunması müvəkkil banklar tərəfindən ipoteka paketinin yerinə yetirilməsi ilə bağlıdır. Bunu iyunun 1-də Azərbaycan İpoteka Fondunun (AİF) icraçı direktoru Faiq Məmmədov beş aylıq yekuna həsr olunmuş mətbuat konfransında bildirib.


Son iki ayda ipoteka kreditləri üzrə əməliyyatlar nəzərə çarpacaq dərəcədə azalıb.


Faiq Məmmədov qeyd edib ki, ipoteka kreditlərinin ayrılmasının ixtisarı Fondun büdcəsinin xərclənməsi ilə əlaqədardır.


2006-cı ilin dövlət büdcəsindən AİF üçün 26 mln. manat ayrılıb.


«Trend» icraçı direktora istinadən xəbər verir ki, Fond 2006-cı ilin büdcəsindən 26,5 mln. manat məbləğində ipoteka kreditləri maliyyələşdirib. Əlavə 500 min manat Fondun gəlirləri hesabına sərf olunub.


Cari ilin büdcəsindən Fonda 20 mln. manat ayrılıb. Amma Fond hələ ki, bu vəsaitləri almayıb və bununla da əlaqədar ölkədə ipoteka kreditlərinin verilməsi müvəqqəti olaraq dayandırılıb.


Faiq Məmmədov bazarın dinamikası ilə ayaqlaşmaq, ipoteka kreditinə tələbatı ödəmək məqsədilə əlavə vəsaitlərin ayrılması üçün AİF-in Maliyyə Nazirliyinə müraciət etdiyini bildirib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG