Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:10

«Qarabağ danışıqlarında əsaslı irəliləyiş var»


«Prezidentlər münaqişənin həllinə mane olan məsələlərin çoxu ilə bağlı razılıq əldə etməyə yaxındılar»

«Prezidentlər münaqişənin həllinə mane olan məsələlərin çoxu ilə bağlı razılıq əldə etməyə yaxındılar»

«Əgər iki ölkə prezidentlərinin iyunun 9-dakı görüşü uğurlu olsa, Azərbaycanla Ermənistan arasında Qarabağla bağlı mübahisəli məsələlərin sayı yaxın günlərdə sıfıra enə bilər». Bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza «Assoşieyted press» agentliyinə açıqlamasında deyib.


Brayza Qarabağ danışıqlarında əsaslı irəliləyiş olduğunu bildirib. «Azərbaycan və Ermənistan prezidentləri axır ki, münaqişənin həllinə mane olan məsələlərin çoxu ilə bağlı razılıq əldə etməyə yaxındılar».


Azərbaycan və Ermənistanın dövlət başçılarının MDB-nin Sankt-Peterburqdakı sammitində görüşləri gözlənilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG