Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:30

Urmiyə Universitetinin rəhbərliyi fəal tələbələri həbs etdirir


Urmiyə Universitetində tələblərin həbsi qeyri-adi hərəkət kimi qiymətləndirilir
Urmiyə Universitetində tələblərin həbsi qeyri-adi hərəkət kimi qiymətləndirilir

Mayın 30-u axşam saatlarında Urmiyə Universitetinin məsul şəxsləri Kimya fakültəsinin tələbəsi Mehdi Hacməhəmmədini Universitetin təhlükəsizlik ofisinə çağırıb ETTELAAT əməkdaşlarına təhvil veriblər.


Hacməhəmmədi ötən ilin karikatura qalmaqalında yasaq edilən Azərbaycan dilli «Oyanış» jurnalının baş redaktoru və Universitetin Nəşriyyata Nəzarət Komitəsinin üzvü idi.


2006-cı ilin may ayında Urmiyə Universitetinin minlərlə tələbəsinin etiraz aksiyasından sonra bu təhsil mərkəzinin Azərbaycan türkcəsində olan nəşriyyatı, o cümlədən «Yaşıl» və «Ulus» jurnalları da qadağan edilib.


Urmiyə Universitetinin tələbəsi və Ustad Şəhriyar tələbə ocağının rəhbəri Əkbər Paşayi də mayın 22-də Universitet rəhbərliyi tərəfindən ETTELAAT məmurlarına təhvil verilmişdi.


«Media Forum» saytı bu yaxınlarda azda edilmiş fəallardan birinə istinad edərək hazırda ETTELAAT-ın Urmiyə şöbəsində saxlanan Əkbər Paşainin döyülüb, işgəncələrə məruz qaldığı və istintaq zamanı baş, üz və bel nahiyələrindən ağır xəsarət aldığını bildirir.


Hazırda Urmiyə Universitetinin beş tələbəsi ETTELAAT-ın təcridxanasında saxlanılır.


Bu haqda məlumat verən «Urmu News» xəbər saytı bildirir ki, universitet məsullarının tələbələri bu şəkildə təhlükəsizlik idarəsinə təhvil verməsi qeyri-adi bir hərəkətdir və ölkənin başqa universitetlərində görünməyib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG